əhali

Əhaliyə VACİB XƏBƏRDARLIQ: Martın 1-dək...

Yaxın günlərdə Günəş aktivliyinin artması gözlənilir.

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz Mərkəzi 27 fevral - 1 mart 2025-ci il tarixləri üçün Günəş və geomaqnit aktivliyinin proqnozunu açıqlayıb.

Geomaqnit qasırğaları güc səviyyəsinə görə K-indeksi ilə təsnif edilir və bu indeks 2-dən 9-a qədər dəyişir. K-indeksi nə qədər yüksək olarsa, qasırğanın təsiri və onun insanlar və texnika üzərindəki nəticələri bir o qədər güclü olar.

27 fevral, cümə axşamı günü maqnitosfer normal olacaq, qasırğalar gözlənilmir. 28 fevral, cümə günü Günəş aktivliyinin artaraq K-indeksinin 4-ə (sarı səviyyə) çatacağı gözlənilir. Bu isə insan sağlamlığına təsir etməyən zəif geomaqnit qasırğası deməkdir. Bu vəziyyət 1 mart, şənbə gününə qədər davam edəcək.

27.02.2025 13:44
show 353