Bu gün Yer kürəsi güclü maqnit qasırğasının təsirinə məruz qalıb.
Alimlərin bildirdiyinə görə, fırtına yüksək səviyyədə aktivliklə müşahidə olunur, bu da insan sağlamlığına mənfi təsir göstərə bilər.
Mütəxəssislər xüsusilə meteohəssas insanlar üçün xəbərdarlıq edərək bu gün mümkün qədər sakit rejimdə yaşamağı, özlərini fiziki və psixoloji cəhətdən yükləməməyi, bol su içməyi tövsiyə edirlər.
Baş ağrısı, ürəkbulanma, təzyiqin dəyişməsi, halsızlıq və yuxululuq kimi əlamətlərin bu cür günlərdə daha çox müşahidə oluna biləcəyi vurğulanır.
Qeyd edək ki, maqnit qasırğaları günəşdə baş verən partlayışlar nəticəsində yaranır və onların təsiri Yer atmosferində elektromaqnit sahələrinin pozulmasına səbəb olur. Bu, yalnız insan sağlamlığına deyil, həmçinin radiosiqnallar, peyk rabitəsi və texnoloji sistemlərə də təsir edə bilər.
(Musavat.com)