Əhaliyə VACİB ÇAĞIRIŞ – Bu evləri almaq TƏHLÜKƏLİDİR

“Fərdi yaşayış evi alan zaman mütləq şəkildə əmlakın çıxarışının olması ilə bağlı məlumat əldə etmək lazımdır. Belə evləri yalnız notarial qayda ilə almaq təhlükəsizdir. Çünki əmlakın yüklü olub-olmaması, birgə nikah dövründə əldə edilməsini və digər problemləri öyrənmək üçün notarial qaydada alqı-satqıya müraciət etmək lazımdır. Bu çox önəmli məqamdır”. 
Qlobal.net xəbər verir ki, bu sözləri “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspert ev alan zaman diqqət edilməsi vacib olan nüansları açıqlayıb: “Təəssüflər olsun ki, bugün yeni tikililərdə satış qaydaları o qədər də mütərəqqi deyil. Qanunvericilikdə yeni tikililərdə mənzil satılarkən ilkin qeydiyyat arayışının təqdim olunması təminat olsa da, məlum tikinti korporativlərinin əksəriyyəti bu sənədi vermir yaxud verə bilmir. Bu mənada hesab edirəm ki, yeni tikililərdə mənzil alqı-satqısı bir qədər problemdir. Nağdsız alqı-satqılar zamanı əlavə dəyər vergisinin müəyyən hissəsini geri qaytarılması ilə bağlı qərarın da qəbulu bu işi bir qədər mürəkkəbləşdirir.
Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmasına ehtiyac var. Təbii ki, respublika prokurorluğu bu illər ərzində oxşar tələyə düşən 5 mindən artıq vətəndaşın mövcud vəziyyətini əsas götürərək əhaliyə məsələ ilə bağlı müraciətlər edir. Amma biz digər istiqamətlərə də nəzər salmalıyıq ki, orada da mövcud qanunvericiliyimiz bu istiqamətdə alqı-satqı əməliyyatlarının aparılmasına imkan verir? Alternativ yollarımızın nədən ibarət olduğu barədə də düşünməliyik”.

Related Articles

Bir cavab yazın

Back to top button