Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bu şəxslər 50 yaşından pensiyaya çıxa bilər... - VİDEO
"Pensiya yaşı mütləq aşağı salınmalıdır".
Milli Məclisin keçirilən plenar
iclasında deputat Tahir Kərimli pensiya yaşının azaldılmasını təklif Deputat deyib ki, bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi
bizdən aşağıdır: "Qadınlar 59, kişilər isə 62 yaşında pensiyaya
çıxarılsın. Eyni zamanda 3 övladı olanlar 55, 5 övladı olanlar isə 50
yaşdan pensiyaya çıxsınlar”.
Parlamentin plenar iclasında Əmək və Sosial Siyasət komitəsinin
sədri Musa Quliyev isə 65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi
ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmədiyini deyib.
Deputatlar Türkiyədəki prezident seçkilərinə münasibət bildiriblər.
Bu arada bir müddət əvvəl terrora məruz qalan Fazil Mustafa Milli
Məclisin iclasına qatılıb. Deputat bildirib ki, bu cür hadisələr dövlət
üçün çalışan insanları qorxutmaq gücündə deyil.
"Bu ünsürlərin zərərsizləşdirilməsi onu göstərir ki, Azərbaycan
dövlətinə qarşı bu cür addımlar nəticə verməyəcək”, - deyə Fazil Mustafa
vurğulayıb.
Xəzər TV-nin hazırladığı videomaterialı təqdim edirik: