Əhaliyə ŞAD XƏBƏR - Pensiyalar artırıla, banka borclar bu yolla silinə bilər - VİDEO
Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial Sığorta haqqında" qanuna edilən dəyişiklikdir.
Qlobal.net xəbər verir ki, yenilik nəticəsində Dövlət Sosial
Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək.
Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst
kapital əlavə gəlir mənbəyinə çevriləcək. Bu həm pensiayalar, həm də
pensiya kapitalının artımına şərait yaradır.
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka
Mirzəyev itv-yə bildirib ki, bu əməliyyatların qanunauyğunluğuna,
şəffaflığına, gəlirliliyinə, maliyyə və əməliyyat risklərinə nəzarət
etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İnvestisiya
Şurası formalaşdırılır: "Hansı istiqamətlərə investisiya
yönləndiriləcək, hansı hədəflər müəyyənləşdiriləcək, maliyyə və
əməliyyat risklərinin nədən ibarət olacağı ilə bağlı İnvestisiya Şurası
hər il bir dəfə investisiya sənədini təsdiqləyəcək".
Yeniliklərdən əlavə əhalini sevindirəcək təkliflər də mövcuddur.
Əhalinin istəyini nəzərə alaraq pensiya kapitalının fərqli
istiqamətlərdə istifadəsi nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov
bildirib ki, səhiyyə xidmətini almaq, kommunal xidməti ödəmək, kredit
öhdəlikləri olan vətəndaşların borcunu ödmək üçün pensiya kapitalının
bir hissəsinin bu isitqamətə yönləndirilməsi məqsədəuyğun olardı".
Ətraflı videomaterialda izləyə bilərsiniz: