25.03.2021
10:49
1485

Əhaliyə MÜJDƏ: Bu gözlənilən qərar hamını sevindirəcək - Ucuzlaşır...

Loading...

Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və ölkəmizə daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər.

Türkiyənin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsinin 7.22 lirədən 8.34 lirəyə yüksəlməsi Azərbaycan bazarına ilkin mərhələdə müsbət təsir edəcək.

İqtisadçı-ekspertlərin fikrincə, lirənin dalğalanmasından asılı olaraq bazara necə təsir edəcəyi yaxın vaxtlarda bilinəcək. Bundan əvvəl də Türkiyə lirəsi ucuzlaşdıqda bənzər mənzərə müşahidə edilib. Hazırda isə Türkiyə istehsalçıları məhsullarını əvvəlki qiymətə satışa təqdim etdiyindən idxal səmərələdir.

İqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, manatın məzənnəsinin dəyişməz olaraq qalması və lirənin dollara nisbətən 14 faiz ucuzlaşması ilkin mərhələdə tələbi artıra bilər. Baş verən hadisələrdən sonra lirənin  Azərbaycan manatı qarşısında da ciddi dəyər itirməsi Türkiyədən gətirilən məhsulların  bir müddətdən sonra Azərbaycanda ucuzlaşmasına gətirib çıxarmalıdır. Məzənnə sabitləşdikdə isə sahibkarlar xərclərinə uyğun olaraq qiymət tənzimlənməsi həyata keçirəcəklər.

Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, Türkiyədən Azərbaycana əsasən ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları, iri ev quşları, iri heyvanlar və məişət məhsulları idxal edilir.

Demokrat.az

Loading...