65d6efcb5a04f202402245507
Əhaliyə ciddi XƏBƏRDARLIQ: Martın 3-dən...

Meteoroloqlar xəbərdarlıq edir ki, mart ayında Yer kürəsini güclü geomaqnit qasırğası bürüyəcək. 

Qlobal.net xəbər verir ki, Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Rentgen Günəş Astronomiyası Laboratoriyasının hesabatına görə, martın 3-dən etibarən Yer əhalisi Günəş radiasiyasının gücünü hiss etməyə başlayacaq.

Mütəxəssislər aydınlaşdırırlar ki, ilk dalğa kifayət qədər güclü olmayacaq, lakin beş ballıq fırtına martın 9-da təsirini göstərməyə başlayacaq və martın 12-dək davam edəcək.

2024-cü ildə 30-a qədər dalğalanma olacağı gözlənilir.

Günəş fırtınaları zamanı meteohəssas insanlar sağlamlıqlarına fikir verməlidirlər. (baku.vs)

22.02.2024 10:54
2450