65f29d337694e202403244611
Əhaliyə bu gün və sabahla bağlı XƏBƏRDARLIQ - Saat 15-dən etibarən...

Bu gün paytaxt Bakıda orta səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.

Qlobal.net BAKU.WS-ə istinadla xəbər verir ki, qasırğa bu gün günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq, 18:00-da nisbətən səngiyəcək.

Həmçinin, sabah da saat 15-dən etibarən  də geomaqnit qasırğası müşahidə olunacaq.

Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

14.03.2024 10:45
show 1293