642938fc89bc1202304231244

Əhaliyə BƏD XƏBƏR: bu gün və 20, 21 aprel tarixlərində...

Günəşdə baş verən partlayışlar səbəbilə Yerin maqnit sahəsi bərpa olunmağa başlayır, bu da insan sağlamlığına mənfi təsir göstərən ciddi dalğalanmalar yaradır.

Musavat.com-un Rusiya mətbuatına istinadən məlumatına görə, mütəxəssislər meteohəssas insanlara aprel ayında qarşılaşacaqları təhlükələr barədə xəbərdarlıq ediblər.

Ekspertlərin fikrincə, yazın ortalarında maqnit qasırğaları gözlənilir. Belə ki, zəif maqnit dalğalanmaları 2, 10, 11, 16 və 17 apreldə, güclü maqnit qasırğaları isə 20 və 21 aprel tarixlərində olacaq. Şiddətli dalğalanmalara görə, bəzi insanlar kəskin baş ağrısı, ürəkbulanma, ümumi zəiflik və yüksək qan təzyiqi ilə qarşılaşa bilər.

02.04.2023 12:12
show 1270