Əhalinin NƏZƏRİNƏ! Sabah 09:00-dan etibarən…
Bir neçə rayon və qəsəbənin müəyyən hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Qlobal.net-ə “Azəriqaz” İB-dən bildirilib.
“Qaz İxrac” İdarəsinə məxsus “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq. Bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan etibarən “Albalı”, “Maştağa QPS kollektor” , “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.