Şou-biznes

Əgər o klip bu verilişdə yayımlanmasa, mən sənin… – Aqşin Zauru HƏDƏLƏDİ

Zaur Nəbioğlunun aparıcılıq etdiyi “Rəngarəng” verilişində qonaq olan meyxanaçı Aqşin Fateh efiri tərk edib.

Qlobal.net xəbər verir ki, A.Fatehin sonuncu klipində oynayan xanımın anası klipin yayımlanmasına etiraz etdiyindən verilişdə gərginlik yaranıb.

A. Fateh “əgər o klip bu verilişdə yayımlanmasa, mən bir də sənin verilişinə gəlməyəcəm” deyərək aparıcını təhdid edib: “Klip gətirmişəm təqdim etməyə, sən bir zəngə görə klipi vermirsən”.

Z.Nəbioğlu isə qeyd edib ki, klipə çəkilən qızın anası zəng edib deyir ki, istəmirəm qızımın görüntüsü olsun o klipdə: “Qız verilişə gələcək, desə ki, ödənişi almışam, klipin yayımlanmasına razıyam, o başqa məsələ. Klipi verəcəyik”.

“Mən hansısa qızdan asılı olmalıyam sənin efirində? Bizim yazışmalarımız var, ödəniş var. Qızı zorla, qolunu qandallayıb klipə çəkməmişəm ki” deyərək verilişi tərk edib.

Ətraflı videoda:

Related Articles

Bir cavab yazın

Back to top button