6597912142a32202401241825

“Əgər mürəbbə biznesim varsa, dədəmin goruna...” - Siyavuş Novruzov

Deputat Siyavuş Novruzov mürəbbə biznesi ilə məşğul olması iddialarına aydınlıq gətirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə TV Müsavatın efirində aparıcı Sevinc Telmanqızı məlumat verib.

Aparıcı bildirib ki, son olaraq onun müəllifi olduğu verilişdə çıxış edən S.Novruzov deputatların maddi durumlarının ağır olmasından şikayətlənəndən sonra xaricdəki internet televiziyalarından birində çıxış edən jurnalist Qənimət Zahid onun barəsində “mürəbbə biznesinin olması” barədə iddialar səsləndirib.

S. Telmanqızı yeni ilin ilk günlərində S.Novruzovun ona zəng edərək, məsələyə aşağıdakı formada təkzib verdiyini bildirib: 

“Siyavuş Novruzov mənə zəng edərək dedi ki, “hər şey sizin efirdə deputatların maddi vəziyyəti ilə bağlı dediklərimdən sonra oldu. Qənimət Zahid canlı efirdə bildirdi ki, guya mənim mürəbbə fabrikim var, mürəbbə biznesi ilə məşğul oluram. Mən də burdan deyirəm, siz də bunu efirdə çatdırın. 

Əgər mənim mürəbbə biznesim varsa və bunu inkar edirəmsə, gizlədirəmsə, mənim babamın da, nənəmin də, dədəmin də, dədəmin dədəsinin də goruna lənət. Yox, əgər belə bir biznes yoxdursa, amma olmadığı halda Qənimət Zahid belə iddia edirsə, o zaman onun babasının da, nənəsinin də, dədəsinin də, dədəsinin dədəsinin də goruna lənət olsun”.

S.Telmanqızı efirdə bildirib ki, əslində bu cür təkzib forması arzuedilən olmasa da, S.Novruzov fikirlərinin məhz bu cümlələrlə tamaşaçılara çatdırılmasını istəyib.

05.01.2024 09:17
show 857