Əgər mən pis idimsə, 6 uşaq niyə doğurdu? – Mehriban Xanlarovanın kürəkəni danışdı

ARB TV-də yayımlanan “Günə Uğurla” verilişində Əməkdar artist Mehriban Xanlarovanın kürəkəni Müşfiq arvadıı ilə münasibətlərindən danışıb.
Qlobal.net xəbər verir ki, o, münasibətlərinin pozulmasında təqsirkar olmadığını deyib:
“Əgər pis adam idimsə, 16 ildir yanımda nə gəzirdi?! İnsan 3-5 günə tanınmır, bəs 16 ilə məni tanımadı? 6 uşaq dünyaya gətirib, əgər mən belə idimsə, niyə bu qədər uşaq doğdu? Mən heç vaxt barışmaram. Gedin soruşun, anası niyə ondan imtina edib. Mən uşaqlarımdan imtina etmirəm. Onları istəyirəm. Versin uşaqları, saxlayım. Evim də var, imkanım da”.
Əməkdar artistin kürəkəni arvadının başqa bir yerdə yaşaması ilə maraqlanmadığını qeyd edib:
“Gedib kimlə istəyir yaşasın, mənə maraqlı deyil. Məhkəməmiz hələ bitməyib. Verilişə gələrəm, ancaq o da orda olmalıdır ki, üz-üzə danışaq. Mənim heç kimdən çəkinəcək yerim yoxdur”.
Aparıcı veriliş zamanı qeyd edib ki, Müşfiqin bəzi fikirləri efir etikasına uyğun olmadığından montaj zamanı çıxarılıb.
Xatırladaq ki, Mehriban Xanlarovanın qızı da “Günə Uğurla” verilişinin əvvəlki buraxılışında anası ilə barışmaq üçün studiyaya gəlmişdi. (yenisabah.az)