“Əgər böyüyüm, ağsaqqalım və ağbirçəyim budursa…” – Xalq artisti
“Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir”.
Qlobal.net bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı deyib.
O, ailələrin dağılmasını efirdə nümayiş etdirən televiziya kanallarını sərt şəkildə tənqid edib:
“Telekanallarımızın əksəriyyətində verilişlər var, orada azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saçyolduya çıxırlar, boşanıb-evlənirlər…
Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım və ağbirçəyim budursa… Yox, bunlardan uzaq…”