Rumıniya futbolunun əfsanəvi qapıçısı Helmut Dukadam 65 yaşında dünyasını dəyişib.
Qlobal.net xəbər verir ki, Dukadam futbol tarixində 1986-cı ildə Çempion Klublar Kubokunun finalında “Steaua Buxarest” – “Barselona” matçında 4 penalti zərbəsini qurtarmaqla iz qoyub.
Bu möhtəşəm nəticə ilə o, “Ginnes” rekordlar kitabına düşərək adını futbol tarixinin ən yaxşı qapıçılarından biri kimi təsdiqləyib.
Son bir il ərzində üç dəfə ürək əməliyyatı keçirən Dukadam, “Steaua Buxarest” komandası ilə Çempion Klublar Kubokunu qazanaraq bu turnirdə qalib gələn ilk Rumıniya klubu olaraq tarixi nailiyyətə imza atmışdı.
O, həm Rumıniya, həm də dünya futbolunda özünəməxsus yerə sahib əfsanəvi qapıçı kimi xatırlanır.