6748ca5a9a4f3202411245402

Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək

Azərbaycanlı jurnalist Əfqan Sadıqov Bakıya ekstradisiya ediləcək. 

Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Tblisi şəhər məhkəməsi qərar qəbul edib.

Ə.Sadıqov hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.

O, bir müddət əvvəl Gürcüstanda saxlanılıb. Bu gün isə ekstradisiya edilməsinə qərar verilib.

Qeyd edək ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.

Xatırladaq ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv edilmişdi.

29.11.2024 00:13
show 128