Cəmiyyət
Efirlərdə olan insanlar ölkənin ən “bezdarnıy” insanlarıdır – Tanınmış aparıcıdan QALMAQALLI AÇIQLAMA

“Hal-hazırda əksər efirlərdə və öndə olan onsanlar ölkənin ən “bezdarnıy” insanlarıdır”.
Qlobal.net xəbər verir ki, bunu aparıcı Seyran Babayev deyib.
O bildirib ki, yararlı insanlar kənarda qalıb: “Çünki onlar tamaşaçı üçün maraqlı deyillər. Əslində belə deyil, bunu da insanların beyninə yeridiblər. Hansı məhsulu təqdim etsən, onu da nuş edəcəklər. İndi efirlərdəki insanlar acgözdürlər, gecə-gündüz efirdə olmaq üçün mahnı, klip çıxarırlar. Elə bil yatıb ancaq onu düşünürlər. Bu da tamaşaçını bezdirir, yorur”.
Посмотреть эту публикацию в Instagram