Hollivud ulduzu Ancelina Coli uzun fasilədən sonra Cimmi Fallonun məşhur “The Tonight Show” proqramına qonaq olub.
Qlobal.net xəbər verir ki, aktrisa efirə ayaqyalın çıxaraq hər kəsi təəccübləndirib. Aparıcı Cimmi Fallon Coliyə zarafatla "Ayaqqabını unutmusan?" deyə sual verib. Ulduz isə bu addımının səbəbini belə izah edib: "Ayaq barmağımı sındırmışam və rahat ayaqqabı tapmağa çalışdım, amma sonra fikrimi dəyişdim."
49 yaşlı aktrisa, eyni zamanda, bu cür proqramlarda həmişə narahat və əsəbi olduğunu etiraf edib. Bu, Colinin son 10 ildə qatıldığı ilk tok-şou olması ilə diqqət çəkib. (yenisabah.az)