photo_95667879
Efirdən qovulan Afşinin meneceri danışdı: "Zaur bizə qarşı hörmətsizlik etdi"

"Bu hadisə bizim üçün gözlənilməz oldu. Özünüzdə canlı efirdən izləyib gördünüz ki, Afşin bəy Zaurdan belə bir sözləri gözləmirdi. Bizə qarşı Zaur hörmətsizlik etdi".

Qlobal.net
xəbər verir ki, bu sözləri "bizim.media"nın əməkdaşı ilə söhbətində "Həmin Zaur" axşam şousu zamanı verilişin aparıcısı Zaur Kamal tərəfindən qovulan Cənubi Azərbaycanlı müğənni Afşin Azerinin meneceri Elman İbrahimli deyib.

Canlı efirdə baş verən qalmaqallı olaydan söz açan ifaçının meneceri bu məsələnin anlaşılmazlıq kimi qələmə verib.

"Kulis arxasında aralarında söhbət olmuşdur. Mən bunu bir anlaşılmazlıq kimi başa düşürəm. Ola bilər ki, Afşinin dediyini Zaur düzgün başa düşməyib vəya əksinə. Çünki dillərimizdə ləhçə məsələləri var. Zaur gərək bu məsələni efirə yansıtmayaydı. Bir-iki günə Afşinlə Zaur bir araya gəlib, bu məsələni öz aralarında çözəllər".

30.06.2022 09:34
164