658d3a452975f202312230509

Efirdə qalmaqal: “Kişiyə gəlin paltarı geyindirib evimə gətirim?!” – VİDEO

ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində ekspertlər arasında mübahisə yaranıb.

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, proqramda ekspert qismində əyləşən kulturoloq Aydın Xan Əbilov və şairə İlhamə Elşadqızının sözü çəp gəlib.

Buna səbəb Ucardan Bakıya gələrək bakılı qızla ailə qurmaq istəyən oğlanın həyatı olub. 

O, qızın Bakıda ev istədiyini bildirib.

Aydın Xan Əbilov artıq sevginin dəbdə olmadığını, real düşünmək lazım olduğunu deyib: "21-ci əsrdir, xaricdə camaat kəşflər edir, tapılmayan yerlərə gedirlər, amma biz hələ də məcnunluq iddiasındayıq. Sevginin dəbdə olan vaxtlarında biz də sevmişik. İndi vəziyyət belə deyil, indi hər şeyə real baxmaq lazımdır. Siz İlhamə xanım, özünüzə gələndə deyirsiniz ki, evi olsun, maşını olsun, amma başqasının qızına gələndə başqa cür danışırsınız".

Bu sözlər şairəni özündən çıxarıb: "Bəli! Onda mən kişini neyləyirəm, ona gəlin paltarı geyindirib gətirim evimə. Arvad alıram?! Qəribə söz danışırsınız, kişinin evi olar da! Mənim yaşımla o qızın yaşı eyni deyil, mən 24 il bundan əvvəl ailə qurmuşam. Bu uşaq günə 15 manat pul alır, o pulla "novostroyka"dan ev ala bilər?!" 


28.12.2023 13:03
show 541