658bca2f9eeae202312235439
Efirdə gərgin anlar: 100 min manat uğrunda qızğın mübarizə - VİDEO

AzTV-də yayımlanan "Düşən pullar" intellektual yarışmasında maraqlı anlar yaşanıb.

Məşhur yarışmaya qonaq olan tanınmış teleaparıcılar Samirə Mustafayeva və Şaiq Ağayev 100 min manat uğrunda mübarizə aparıblar. 

Qonaqlar 8 mərhələdən ibarət olan yarışın 4 mərhələsini uğurla başa vurublar.

Teleaparıcılar 5-ci mərhələdə texnologiya ilə bağlı suala cavab verməkdə çətinlik çəkiblər. Onlar bu mərhələdə nə az, nə çox, əllərində olan 5000 manatı itiriblər. (milli.az)


27.12.2023 11:17
show 265