"Space" TV-nin "Gəl danış" ictimai-sosial verilişinin canlı efirində ekspertlər arasında qalmaqal yaşanıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, sözügedən proqramda ekspert qismində iştirak edən xanım jurnalistin danışarkən əl-qol hərəkətləri etməsi onun yanında əyləşən həkimin qəzəbinə səbəb olub.
"Mən görmüşəm ki, jurnalist savadlı danışar. Şüvənlik salmısınız. Siz yalnız qışqırırsınız", - deyə həkim etiraz edib.
Bundan sonra o, ayağa qalxaraq əlindəki mikrofonu qadın jurnalistin
üzərinə atıb və əyləşdiyi kürsünü yan tərəfə çəkib. Bu anda isə
jurnalist həkimin etdiyi hərəkəti təkrarlayaraq mikrofonu qarşı tərəfin
üzərinə atıb. Verilişin növbəti dəqiqələrində ikili ayaq üstə
bir-birinin üzərinə gedərək dalaşıblar.
Onların bu davası əlbəyaxa olmasın deyə proqramın aparıcısı Amil Xəlil
müdaxilə etmək məcburiyyətində qalıb. Tərəflərin mikrofonu söndürülüb.
Efirdə baş verən həmin gərgin dolu anları təqdim edirik: