Ədviyyatların faydaları

Ədviyyatların orqanizmə faydaları

Ədviyyatlar öz xüsusi aromaları ilə yeməklərimizə ləzzət qatır. Yalnız yeməklərə aroma və rəng qatmaqla qalmır, həmçinin çəki nəzarətindən həzm sisteminə, metabolizma sürətindən xolesterola qədər bir çox sahədə bədənimizdə təbii dərman təsiri göstərir.
Qlobal.net bildirir ki, ədviyyatlar düzgün şəkildə istehlak edildikdə bir çox fayda təmin edir. Lakin həddindən artıq istehlak edildikdə isə zərərli ola bilər.
Hansı ədviyyat nəyə faydalıdır?

1.QIRMIZI BİBƏR TOZU
Qırmızı bibərin tərkibindəki kapsaisin maddəsi baş ağrısı, artrit və digər xroniki ağrılara qarşı yaxşı təsir göstərir. Endorfin ifrazını artıraraq qan şəkərinin tənzimlənməsinə kömək edir. Metabolizmanı sürətləndirərək yağ yandırılmasını artırır və çəki atmaq istəyənlər üçün ideal bir qidadır. Dolaşım sisteminə kömək edir, xolesterolu azaldaraq ürək xəstəliklərini qarşısını alır. Ürək və sinir sistemini gücləndirir. Soyuqdəymə və qrip müalicəsində istifadə olunur. Hüceyrələri qoruyaraq yaşlanmanı gecikdirir.

2.İSTİOT
Bağırsaq və mədədə yaranacaq xəstəliklərinin qarşısını alır. Həzm sisteminə kömək edir. Soyuqdəymə və öskürəyə yaxşı təsir edir. Qrip və burun tutulmasına yaxşı gəlir. Metabolizmanı sürətləndirərək istənməyən kaloriləri yandırır və qarın yağını azaltmağa kömək edir. Diş sağlamlığını yaxşılaşdırmağa kömək edir. Diş çürüməsini əngəlləyir və diş ağrılarını yüngülləşdirir.

3.DARÇIN
Həzm sistemi xəstəliklərinin müalicəsinə kömək edir. Diabet müalicəsini dəstəkləyir, qan şəkərinin azalmasına kömək edir. Pis xolesterolu azaldır. Qan dövranını tənzimləməyə kömək edir. İştah artırıcı xüsusiyyəti var. İştahsızlığı qarşısını alır. Bronxitin müalicəsinə və öskürəyi kəsməyə kömək edir. Farenjit və larenjit kimi boğaz infeksiyalarının keçməsinə kömək edir.

4. SARIKÖK
Alzheimer riskini azaldır. Qaraciyər xəstəliklərinə yaxşı təsir göstərir və bədəndə yığılan zərərli maddələrin xaric olunmasına kömək edir. Qan şəkərini sağlam səviyyədə saxlamağa kömək edir. İrəliləyən yaşlarda meydana gələn romatizm və oynaqlardakı ağrılara yaxşı təsir edir. İmmun sistemini gücləndirir. Antidepresan xüsusiyyəti sayəsində sakitləşməyə  kömək edir.

5. ZƏNCƏFİL
Beyin funksiyalarını yaxşılaşdırır və Alzheimer riskini azaldır. Xolesterol səviyyəsini ciddi şəkildə azaldır. Qan şəkərini endirməyə kömək edir. İltihab sökücüdür və sümük kirəclənməsinə qarşı təsirlidir. Əzələ ağrılarına qarşı təbii ağrı kəsici funksiyası göstərir.

6.BİBƏRİYYƏ (Rozmarin)
Yaddaşı gücləndirir və unudqanlıq problemini aradan qaldırır. Əzələ və oynaqlardakı ağrıları yüngülləşdirmək üçün istifadə oluna bilər. Bədən müqavimətini artırır və immunitet sistemini gücləndirir. Mədə yarasına tutulma ehtimalını azaldır. Qəbizlik, həzm problemləri, mədə bulantısı kimi həzm sistemi problemlərinə yaxşı təsir edir. Qan dövranını artırır, saç köklərini gücləndirir və tökülməsinin qarşısını alır. Ağız qoxusunun aradan qaldırılmasına kömək edir. Sinüzit, migren, bronxit kimi yuxarı tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə oluna bilər. Xərçəngə tutulma ehtimalını minimum səviyyəyə endirir. Stresi azaldır və təbii ağrı kəsicidir.

Səbinə
Qlobal.net
13.02.2025 07:35
show 115