ədv

ƏDV 5-ə endirilir: Əvvəl azalacaq, sonra ləğv olunacaq

"Bütün vətəndaşlar bilməlidir ki, istəlinən vergi güzəşti həmişəlik deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən, xüsusilə də nağdsız əməliyyatlarda geri qaytarılan ƏDV-nin 10 faizdən 5 faizə endirilməsindən danışarkən deyib. Onun fikirincə, əvvəldən bəlli idi ki, ƏDV-nin geri qaytarılması prosesinin açıqlanmayan məqamları var: "Bunu ona görə tətbiq edirdilər ki, vətəndaşlar mağaza və digər yerlərdə kassa çekini tələb etsinlər, heç bir ticarət şəbəkəsi vergidən yayınmasın. İnsanları həmin çeki tələb etməyə stimullaşdırırlar. İsanlar belə məsələlərdə maraqlı olurlar, necə olmasa, pulun bir hissəsi ona qayıdır. İkinci əsas səbəb isə ticarət şəbəkələrinin həqiqi dövriyyəsinin görmək üçün. Əvvəldən məlum idi ki, qaytarılan məbləği azaldacaqlar, sonra isə tamamilə ləvğ edəcəklər”.  

Əkrəm Həsənov bildirib ki, vergi güzəştlərinin tətbiq edilməsinin müəyyən məqsədləri var: "Bu, 7 il müddətinə qəbul olunub, vətəndaşlar gəlir vergisindən azaddırlar. Hələ bir neçə il də bu belə olacaq. Hamının maaşı bəlli olandan sonra vergini tutacaqlar”.

  

17.11.2022 12:26
show 491