qəza
Ədalət Zeynalov qəzada öldü

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qlobal.net Report-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. 

Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.


18.10.2024 11:57
show 148