63ee37885b3c4202302230248
Əcəl ən xoşbəxt günlərində gəldi: Bəylə gəlin toy gecəsi zəlzələdə öldü - FOTO

Bazar günü Elif və Halil İbrahimin toyu olub. İskəndərunda ev alan cütlük Normalda Antakyalıdırlar.  toy günü İskəndərundan aldıqıları evdə dünyalarını dəyişirlər.

Mərhum gəlinin qardaşı toy gecəsindən danışıb.

Bacısı Elif Aksoyun toy gecəsi dünyasını dəyişdiyini bildirən qardaşı Murat Bilgə “O gecə bura qar yağmışdı. “ yollar bağlı idi” bəyin valideynləri dedilər ki, gəl burada otur. Bacım qayınanası gildə oturduqdan sonra  gecə saat 3.30 radələrində İsgəndəruna getdilər.

Bacımı aparan dostum deyir ki, 'ikinci mərtəbədəki evə getdilər. 30-40 metr irəlilədim, qiyamət qopdu.” O, binaların bir-bir uçduğunu gördüyünü söylədi”.

Toy gecəsi həyatını itirən bəylə gəlindən geriyə qalanlar isə zəlzələdən saatlar əvvəl çəkilmiş fotoşəkillər və görüntülərdir. Görüntülərdə evli cütlüyün zala girərək rəqs etməsi əks olunub. (turkustan)

16.02.2023 17:59
show 1077