64a53c9f7c244202307234919
Ebru Gündeş Şəmkirə gəlmək üçün 250 min dollar alıb?

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində iştirak edib. 

Qlobal.net axşam.az-a istinadən bildirir ki, sənətçinin meneceri təşkilatçılardan 250 min dollar qonorar istəyib. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini deyib.

Toy sahiblərinin isə daha sonra hansı qiymətə və şərtlərlə razılaşdıqları məlum deyil.

Qeyd edək ki, manset.az məclisi təşkil edən şəxsin tanınmış iş adamı Aydın Musayev olduğunu yazıb. O, oğlu Raminin 3 övladına kiçik toy edib. A. Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var.

05.07.2023 13:47
show 1358