653e05803e091202310231056
DYP ilə vətəndaşlar arasında "zerkalni" nömrə savaşı davam edir: Bu proses "Asan Xidmət" ə verilməlidir
Baş Dövlət Yol Polisi İdarəsi ilə vətəndaşlar arasında "zerkalni" nömrəsi savaşı davam edir.
Pravda.az-ın xəbərinə görə, Gələcək Azərbaycan Partiyası sədrinin müavini Aslan Həmidli bildirib ki, yol polisi sistemində korrupsiya və rüşvətxorluq baş alıb gedir.
"DYP-də bazar prinsipi ilə alver gedir. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün dövlət rüsumu müəyyənləşdirilib. Rəsmi dövlət rüsumu cəmi 25 manatdır (Bəzi nömrələr istisnadır-red). Maşınlara özlərinin istədikləri nömrəni almaq istəyən avtomobil sahibləri yalnız dövlət rüsumu ödəmirlər. Gedirsən Dövlət Yol Polisi İdarəsinə bəhanə gətirib nömrəni vermirlər. Guya satılıb. Çöldə isə dəhşətli mənzərə sizi gözləyir. Bahalı nömrə nişanları və onların alverçiləri… Açıq şəkildə alver gedir. 5 dəqiqə öncə satıldığı deyilən qeydiyyat nişanına müxtəlif rəqəm "oxuyurlar". Necə olur ki, o nömrələr anidən ortaya çıxır? Elə bu yaxınlarda vəkil Elçin Sadıqovun başına gələnləri də misal göstərmək olar. Düşünürəm ki, nömrə satışı səlahiyyəti “ASAN Xidmət”ə verilməlidir. Vətəndaş əziyyət çəkmədən rahatlıqla istədiyi nömrəni ala biləcək", partiya sədrinin müavibini qeyd edib.
Qeyd: Bu məsələni bir neçə gün öncə vəkil Elçin Sadıqov da qabartmışdı. "Şikayətimlə əlaqədar AR DİN BDYP-nin qeydiyyat imtahan idarəsində oldum. Şikayətin məzmunu belə idi ki, vətəndaş əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyir. Məni Afiyəddin Leysanovun xüsusi tapşırıqlar üzrə müavini qəbul etdi. Bildirdi ki, Afiyəddin müəllim deyir ki, bu sahədə vətəndaşlara hüquqi yardım göstərməsin, əks halda onun üçün (məni nəzərdə tutur) yaxşı olmayacaq", - E.Sadıqov bildirmişdi.
29.10.2023 12:00
show 657