DYP ilə vətəndaşlar arasında “zerkalni” nömrə savaşı davam edir: Bu proses “Asan Xidmət” ə verilməlidir

Baş Dövlət Yol Polisi İdarəsi ilə vətəndaşlar arasında “zerkalni” nömrəsi savaşı davam edir.
Pravda.az-ın xəbərinə görə, Gələcək Azərbaycan Partiyası sədrinin müavini Aslan Həmidli bildirib ki, yol polisi sistemində korrupsiya və rüşvətxorluq baş alıb gedir.
“DYP-də bazar prinsipi ilə alver gedir. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün dövlət rüsumu müəyyənləşdirilib. Rəsmi dövlət rüsumu cəmi 25 manatdır (Bəzi nömrələr istisnadır-red). Maşınlara özlərinin istədikləri nömrəni almaq istəyən avtomobil sahibləri yalnız dövlət rüsumu ödəmirlər. Gedirsən Dövlət Yol Polisi İdarəsinə bəhanə gətirib nömrəni vermirlər. Guya satılıb. Çöldə isə dəhşətli mənzərə sizi gözləyir. Bahalı nömrə nişanları və onların alverçiləri… Açıq şəkildə alver gedir. 5 dəqiqə öncə satıldığı deyilən qeydiyyat nişanına müxtəlif rəqəm “oxuyurlar”. Necə olur ki, o nömrələr anidən ortaya çıxır? Elə bu yaxınlarda vəkil Elçin Sadıqovun başına gələnləri də misal göstərmək olar. Düşünürəm ki, nömrə satışı səlahiyyəti “ASAN Xidmət”ə verilməlidir. Vətəndaş əziyyət çəkmədən rahatlıqla istədiyi nömrəni ala biləcək”, partiya sədrinin müavibini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button