Site icon Qlobal.Net

Tarixin ən sirli və üstü açılmayan faciəsi – SSRİ bu hadisəni niyə gizlədirdi?

Dyatlov faciesi foto

1959-cu ilin fevralında Ural dağlarında dəhşətli hadisə baş verir.

Qlobal.net xatırladı ki, bu dəhşətli hadisə “Dyatlov faciəsi” kimi tarixə düşüb. Baş verənlər hələ də dünyanın ən sirli hadisələrindən biri sayılır.

Bu faciə zamanı təcrübəli dağ yürüşçülərindən ibarət doqquz nəfərlik qrup müəmmalı şəkildə həyatını itirdi. Hadisənin detalları, tapılan izlər və müxtəlif fərziyyələr bu günə qədər alimləri və tədqiqatçıları düşündürür.

Hadisə necə baş verdi?

1959-cu ilin yanvarında İqor Dyatlov adlı 23 yaşlı tələbə Ural Texniki İnstitutunun turizm klubunun üzvlərindən ibarət bir qrup topladı. Məqsədləri Ural dağlarının Otorten dağına qış yürüşü təşkil etmək idi. Qrupun üzvləri bunlar idi: İqor Dyatlov (qrup rəhbəri), Yuri Doroshenko, Lyudmila Dubinina, Aleksandr Kolevatov, Rustem Slobodin, Zinaida Kolmogorova, Yuri Krivonişenko, Nikolay Thibeaux-Brignolle, Semyon Zolotaryov.

Onlar Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə “İvdel” qatarı ilə gəlib, bir yük maşını ilə şimalda sonuncu yaşayış məntəqəsi olan Vişay kəndinə gediblər və burada gecələyiblər. Yanvarın 27-də Qora Otortenə doğru yola düşüblər. Yanvarın 28-də üzvlərdən biri bir neçə sağlamlıq xəstəliyindən (revmatizm və anadangəlmə ürək qüsuru da daxil olmaqla) əziyyət çəkən Yuri Yudin diz və oynaq ağrıları səbəbiylə ekspedisiyanı yarımçıq saxlayaraq geri dönüb. Doqquz nəfərdən ibarət qrup isə ekspedisiyaya davam edib.

Yürüş planına əsasən, onlar fevralın 12-də geri dönməli idilər. Lakin həmin tarixdə heç kimdən xəbər çıxmır. Komanda göstərilən tarixdə geri dönmədikdə, axtarış və xilasetmə işləri başlayıb.

Axtarış qrupu fevralın 26-da dağlarda qarda yarı örtülmüş bir çadır tapır. Çadırın içəridən cırıldığı, içəridəki bütün əşyaların və geyimlərin yerində qaldığı məlum olur. Yaxınlıqda isə çox qəribə mənzərə açılır:

Bütün bu faktlar istintaq üçün sirli və izaholunmaz idi.

Hadisədən sonra onlarca nəzəriyyə irəli sürüldü:

1. Qar sürüşməsi (lavina) nəzəriyyəsi

Rəsmi versiyaya görə, dağda baş verən kiçik qar sürüşməsi onları qorxuya salıb və çadırı tərk etməyə məcbur edib. Lakin bu versiya bəzi faktlara uyğun gəlmir — çünki ərazidə lavina izlərinə rast gəlinməyib.

2. Ordu sınağı və ya raket partlayışı

Bəzi şahidlər həmin gecə dağlar üzərində parlaq işıqlar gördüklərini bildiriblər. Tədqiqatçılar bunun Sovet ordusunun raket və ya silah sınaqları ilə bağlı ola biləcəyini düşünürlər. Bədənlərdəki radiasiya izləri də bu versiyanı gücləndirir.

3. Yerli Mansi tayfalarının hücumu

Ərazidə yaşayan Mansi xalqları əvvəlcə şübhə altına alınsa da, onların bu hadisədə iştirak etdiyinə dair heç bir dəlil tapılmadı.

4. Yadplanetlilər və ya mistik qüvvələr

Hadisənin sirli və izaholunmaz təfərrüatları bəzilərini paranormal versiyalara inanmağa vadar etdi. Çadırın içəridən cırılması, radiasiya və qəribə işıqlar bu fikri dəstəkləyənlər üçün əsas arqumentlərdir.

 Tədqiqatların nəticəsi

Sovet istintaqı 1959-cu ildə işi bağladı və nəticə olaraq qeyd olundu:

“Turistlərin ölümü qarşısıalınmaz təbii qüvvələr nəticəsində baş verib”.

Bu ifadə illərlə müzakirələrə səbəb oldu. 2019-cu ildə Rusiya hökuməti işi yenidən araşdırdı və yenə lavina versiyasını rəsmi səbəb kimi qəbul etdi. Lakin müstəqil ekspertlər bu izahın hələ də tam inandırıcı olmadığını bildirirlər.

Hadisə baş verən yer indi “Dyatlov keçidi” adlanır və hər il onlarla tədqiqatçı, turist və jurnalist bu sirli bölgəyə səfər edir.

Bu da maraqlıdır: Ölmüş dostlarının ətini yemək məcburiyyətində qalan insanlar – Dəhşətli təyyarə qəzası necə baş verdi?
Bu da maraqlıdır: Metrlərlə dərinlikdə basdırılan, hələ də təhlükə yayan məzar kimindir?

Murad Məmmədli 
Qlobal.net

Exit mobile version