Təcrübəli evdar qadınlar yalnız yeməkdə deyil, duz və sirkədən istifadə edirlər. Duz və sirkə qarışığı mis məhsulları təmizləmək üçün çox təsirli bir vasitədir.
Qlobal.net Lent.az-a istinadla bu addımı necə düzgün istifadə edəcəyinizi sizə təqdim edirik:
Misi duz və sirkə ilə necə təmizləmək olar?
Ağ sirkəni götürün. Əlinizdə sirkə yoxdursa, limon suyundan istifadə edə bilərsiniz. Aşağıdakı kimi davam etməlisiniz. Süngəri sirkə ilə isladın, yüngülcə sıxın, bir çimdik duz səpin. Sonra, təmizlənməli olan məhsulun səthini diqqətlə ovuşdurun.
Məhsulu su ilə yuyun və təmiz yumşaq bir parça ilə silin.