Qlobal.net xəbər verir ki, bu barədə “Kommersant” öz mənbəyinə istinadən yazıb. Belə ki, ötən il Fedorovski SES-də baş vermiş qəza nəticəsində Rusiyada düyünün qiyməti 10-30% arta bilər.
Nəşrin həmsöhbətinin sözlərinə görə, artıq istehsalçılar bu barədə pərakəndə satıcıları xəbərdar ediblər. Martın 27-dən qiymətlərin 8-19% artması gözlənilir.
Mənbələrdən biri vurğulayıb ki, düyüyə olan tələbatı nəzərə alaraq, market zəncirlər rəfdəki qiymət artımının qarşısını almaq üçün əllərindən gələni edirlər:
“İstehsalçılar həqiqətən də düyü qiymətlərinin 15-30% bahalaşacağı barədə xəbərdar ediblər. Bununla belə, şirkətlər bazarda vəziyyətin sabitləşəcəyinə ümid etdiyini bildirir.
Bildirək ki, Azərbaycana da Rusiaydan xüsusilə yumru düyü idxal edilir. Rusiyada bahalaşma Azərbaycan bazarından da yan keçməyəcək."