
“İndiki gəlinlər ifadəsini işlətmək doğru deyil”.
Qlobal.net xəbər verir ki, bu sözləri teleaparıcı Aytən Səfərova ‘Tiktok’ sosial şəbəkəsində, canlı yayımda söyləyib. O, hazırkı gəlin-qayınana münasibətlərindən söz açıb. Neytral fikir bildirməyə çalışan jurnalist bəzi fikirlərində gəlinlərin tərəfini daha çox saxladığı üçün bu balansı qorumağı bacarmayıb.
A.Səfərova gəlinləri belə müdafiə edib:
“Qayınana və gəlin arasında oğul göstərməlidir ki, ana, sən otur anamsan, böyüklüyünü et, amma müdaxilə etmə. Gəlinə də deməlidir ki, o, mənim anamdır. Səbr et və s. Dil-dil ötmək də lazım deyil. Bəzən gəlin və qayınanaların dil-dil ötməsi nəticəsində belə problemlər yaranır. Elə qayınanalar da var ki, həyatdan sanki beziblər. İndiyə qədər əldə etmədiklərinin heyfini gəlindən çıxırlar. Övladını sevən valideyn heç vaxt onun ailəsində problem yaratmaz. Bu böyüklük deyil. Sənin ”duxun” çatmayıb vaxtilə öz qayınana söz deyəsən, indi gəlinə edirsən. Gəlin həmişə gəlin olub, qayınana da qayınana. ”İndiki gəlinlər” ifadəsini demək lazım deyil.
O vaxtın gəlinləri 40-45 yaşdan sonra xəstə düşüblər. Çünki nə deyilib, susublar. Qız evə gəlir qul kimi bütün günü işləsin. Qayınana oturur, gəlin bunun başından gedib, ayağından gəlməlidir. Axı niyə? Ağır olsan, yaşlı olsan gəlin etməlidir. Amma hər dəfə ora get, bunu et demək düzgün deyil”.
Qeyd edək ki, bəzi izləyicilər şərhlərdə aparıcıya gəlinlə qayınananı düşmən etməməyi tövsiyə ediblər. (yenisabah.az)