“İnsanlar hər zaman duş qəbul etmək əvəzinə, bez parça istifadə etməklə çox şeyə qənaət edə bilərlər”
Almaniyanın Baden-Vürtemberq əyalətinin prezidenti Vinfrid Kretçman enerji böhranı ilə bağlı qənaət çağırışları edərkən belə deyib.
Əyalət başçısı enerji israfının qarşısını almaq üçün şəxsən atdığı addımları açıqlayıb: “Evimin damında nəhəng bir günəş paneli var. Elektrikli avtomobil sürürəm. Daha sağlam bir vərdiş olaraq yalnız bir otağı qızdırıram”.
Soyuq duş qəbul edib-etmədiyini soruşduqda, Vinfrid Kretçman daha sərfəlisini etdiyini deyib: “Hər zaman duş qəbul etmək məcburiyyətində deyilsiniz. Hər şeydən əvvəl əl və üz bezi var. Faydalı ixtiradır”./Teleqraf.com