Dünyanın yarısı ruhi xəstə olacaq - Alimləri qorxudan araşdırma
ABŞ
alimlərinin genişmiqyaslı araşdırmasında dünyanın yarısının 75 yaşına
qədər ruhi sağlamlığını itirəcəyi, xüsusilə qadınların narahatlıq
pozuqluğu səbəbiylə təhlükə altında olduğu açıqlanıb.Qlobal.net xəbər
verir ki, tədqiqatçılar depressiya və narahatlıq da daxil olmaqla 13
psixi sağlamlıq problemini araşdırıblar. Qadınlarda böyük depressiya və
narahatlıq pozğunluğu olma ehtimalı daha yüksək olub.
Araşdırmada
29 ölkədən 156 min şəxsin və Ümumdünya Səhiyyə Təşkilatının 20 illik
məlumatlarından istifadə edilib. İki nəfərdən birinin qocalığa qədər ən
azı bir psixi sağlamlıq pozğunluğu ola biləcəyi proqnozlaşdırılıb.
Həyatboyu
ruhi xəstəlik inkişaf riski kişi iştirakçılar üçün 46 faiz, qadınlarda
isə 53 faiz təşkil edib. Xüsusilə qadınların travma sonrası stress
pozğunluğu üçün böyük risk altında olduğu bildirilib. Kişilər daha çox
alkoqoldan sui-istifadə edirlər.
Böyük
depressiv pozğunluq nisbəti hər iki cinsdə eyni dərəcədə yayılıb. Son
bir neçə ildə ABŞ-da ruhi xəstəlik nisbətləri artıb və bu prosesdə
intiharların sayı 45,900-dən 48,000-ə çatıb.
Son
təhlillər psixi sağlamlıq böhranının ABŞ-la məhdudlaşmadığını, qlobal
ölçülərə çatdığını vurğulayır. Harvard Tibb Məktəbi və Avstraliyanın
Queensland Universitetinin tədqiqatçıları tərəfindən aparılan
araşdırmada, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, Yaponiya, İsrail,
Avstraliya, Yeni Zelandiya, Meksika, Böyük Britaniya, Cənubi Amerika və
Afrikanın bir sıra ölkələri iştirak edib.
"Lancet
Psychiatry" jurnalında dərc olunan araşdırma haqqında danışan Dr. Con
Makqrat "Ən çox rast gəlinən psixi sağlamlıq pozğunluqları böyük
depressiya və ya narahatlıq çıxdı. Qadınların həyatları boyu narahatlıq
pozğunluğuna sahib olma ehtimalı kişilərə nisbətən daha çox görünür",
deyib.
Tədqiqatçılar
bu psixi sağlamlıq pozğunluqlarının başlanğıc yaşının 15 olduğunu
vurğulayıb. Harvard Universitetində sağlamlıq siyasəti üzrə ekspert kimi
Dr. Ronald Kessler deyib: "Bu pozğunluqların tez-tez baş verdiyi yaşı
təyin etməklə, müvafiq müdaxilələr hazırlamalı və risk altında olanları
dəstəkləmək üçün resurslar tapmalıyıq".
ABŞ-da
son illərdə psixi sağlamlıq pozğunluqlarının nisbətinin artması
pandemiya zamanı təcrid və izolasiya dövründə daha da artıb. Amerikada
ən çox gənclərə təsir edən bu virus dövrü fərdləri tənhalığa sürükləyib
və onların sosial bağlar qura bilməməsinə səbəb olub.
Xəstəliklərə
Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin hesabatında 2021-ci ildə
ABŞ-da orta məktəb şagirdlərinin 10 faizi son 12 ayda intihara cəhd
etdiyini və bu nisbətin 2019-cu ildən bəri artdığını müəyyən edib.