Şou-biznes

Dünyanın ən tələbatlı müğənnisi olsa da, mənim gözümdə bozbaşdır – Tolik yıxdı-sürüdü

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşdığı sərt fikirlərlə gündəmə gəlib.

 

Qlobal.net xəbər verir ki, o, sosial şəbəkə istifadəçilərinin müxtəlif mövzularla bağlı paylaşım etdiyi platformalarda daim eyni müğənnilərin adlarını yazmasından narazılıq edib.

“Mən harada bir fikir yazsam, rəyimin altına 1-2 lazımsız və səviyyəsiz müğənninin adını yazırlar. Həmin müğənnilərə qızıldan paltar da tiksən, çuşkalıq onların canındadır. ‘DreamFest’dən danışıram, ya hansısa qlobal məsələyə münasibət bildirirəm, gətirib həmin şəxsin adını qeyd edirsiniz. Nəyi göstərməyə çalışırsınız? Artıq bezmişəm. Vallah, sizin müğənniniz dünyanın ən tələbatlı ifaçısı belə olsa, mənim gözümdə bozbaşdırsa, deməli bozbaşdır”.

Aparıcı əlavə edib ki, onun proqramına müxtəlif kateqoriyadan qonaqlar dəvət olunsa da, bu onların onun üçün dəyərli olduqları anlamına gəlmir:

“Bəli, mən aparıcıyam. Verilişim ‘Tarixin bir günü’dür. Musiqili, əyləncəli formatdadır. İctimai TV-də incəsənət və mədəniyyət verilişi aparmıram. Xalq artistindən tutmuş TikTok-da tanınanlara qədər verilişimə qonaq gəlir. Amma bu, onların mənim üçün önəmli olduqları demək deyil”.

Tolik bəzi sənətçiləri dövlət tədbirlərində iştirak etmədiklərinə görə bayağı adlandırıb:

“Bir şeyi anlayın: sizin təriflədiyiniz müğənni dövlət səviyyəsində tanınmır, rəsmi tədbirlərdə iştirak etmirsə, deməli, o, bayağıdır. Əvəzolunmaz deyil. Nə qədər mahnı oxusalar da, tutuzdura bilmirlər”.

O, özünün müstəqil mövqe sərgilədiyini də xüsusi vurğulayıb:

“Heç kimin tərəfini saxlamıram. Lazım olanda istənilən müğənnini tənqid edirəm. Heç kimin vəkili deyiləm. Kimsə düşünürsə ki, ona heç nə deyə bilmərəm, yanılır. Elə bir müğənni yoxdur Azərbaycanda. Statusundan asılı olmayaraq, istədiyim şəxs haqqında fikrimi bildirə bilərəm. Siz kimisə sevirsinizsə, mən sevmək məcburiyyətində deyiləm”.

Sonda isə prodüser, bəzi xanım sənətçilərin ünvanına da sərt mesaj göndərib:

“Nigar haqqında da, Fərqanə xanım haqqında da fikirlərimi bildirə bilərəm. Fərqanə xanımın da nə sözü varsa, efirə çıxıb ‘muğam oxuyuram’ adı ilə anqıran ifaçılara desin. O ifaçılar kimin yanında dərs alsalar da, bozbaş qoxusu onların canından çıxan deyil”.

Related Articles

Bir cavab yazın

Back to top button