648e8e41aa04a202306235529
Dünyanın ən simic insanı: Pul xərcləmədən yaşayır - FOTO

Keyt Nyu Yorkda yaşayan mühasibdir və pul xərcləməyi sevmir. Onun aylıq xərclərini azaltmaq üçün çox təəccüblü üsulları var. Keyt zibil yeyir, tualet kağızından təkrar istifadə edir və paltar almır.

Qlobal.net bildirir ki, Keyt Haşimotonu dünyada məşhur edən onun son dərəcə qənaətcil olmasıdır. Bu, əvvəlcə bir az mənasız görünə bilər, amma Keyt Nyu-York kimi bir yerdə ayda 200 dollara dolanır. Bunu etmək üçün də onun qəribə üsulları var.

Bu günə qədər bir neçə fərqli proqramda olan Keytin tədbirləri həddindən artıq təəccüblüdür. Əvvəla, gənc qadın mebelə heç vaxt pul xərcləmədiyini deyir. Əvəzində zibilliyə atılan və faydalı əşyaları evə aparır.

Haşimoto əsl döşək üçün yüzlərlə dollar ödəmək əvəzinə, küçədən tapdığı köhnə yoqa ayaqaltılarının üstündə yatır. Onun “yemək masası” isə köhnə jurnal yığınıdır.

Həmçinin, TLC-yə verdiyi müsahibədə Keyt son 8 ildə yeni paltar almadığını, 1998-ci ildən bəri alt paltarına belə pul xərcləmədiyini etiraf edir. Bunun əvəzinə o, ikinci əl geyim mağazalarından istifadə edir.

Üstəlik, təkcə bu deyil. O, həm də gigiyena məhsullarına pul ödəmir. Əvəzində gigiyena vasitələrinin pulsuz paylandığı tədbirlərə gedir.

Keyt kağız dəsmal və tualet kağızından da istifadə etmir. Çünki o, “boş yerə pul xərcləməyə inanmadığını” etiraf edir. Bildirir ki, bu kağız məmulatlara pul xərcləmək əvəzinə, onları ictimai tualetlərdən alıb qurutduqdan sonra təkrar istifadə edir. Digər tərəfdən, paltar yumaq üçün əlavə pul xərcləmək əvəzinə, çimərkən paltarlarını da yuyur.

Təkcə bu yox, Keyt yeməyə ümumiyyətlə pul xərcləmir! O, hər axşam işdən sonra bahalı məhəllələrdəki restoranlardan zibil yığır və oradan yemək toplayır.

“Bu restoranlar tez-tez çoxlu yüksək keyfiyyətli yeməkləri, o cümlədən üzvi qidaları - həqiqətən yaxşı hazırlanmış yeməkləri atırlar”, deyə Keyt bildirib.

Sonda qeyd edək ki, Keyt mühasibdir. O, əslində peşəkardır. İşlə bağlı və ya dostları ilə görüşə yalnız xərcləri ödəniləndə razı olur. (Lent.az )

3599700_307605b7967bf2446b04e648f21e55dd_640x640_1686995124

3599700_9df93bd69b70256e565094474736d09e_640x640_1686995101

3599700_b00204f920331e4a49533c8d9c8b0468_640x640_1686995080

3599700_7ee8cf97c282f60fdb0cfab03fdb3464_640x640_1686995069

3599700_6d5311f8c37e9cb270c1588767c6718b_640x640_1686995046


18.06.2023 08:53
show 2805