64b232a30982e202307234611
Dünyanın ən qəribə İNSANLARI - Bu adam özünü İsa Məsih HESAB EDİR
Çoxumuz normal bir həyat yaşasaq və ya bunun normal olduğuna inansaq belə, dünyada hər cür insan var. Həqiqətən, qəribə olan yalnız bəzi insanlar var. Səbəb nə olursa olsun, bəzən xəstəlik, bəzən xasiyyət, bəzən başqa bir şey.

Qlobal.net dünyanın ən qeyri-adi insanlarını təqdm edir:
1. Dünyanın ən uzun saçlı adamı
Vyetnamlı Tran Van Hay adlı mərhum dayımız “dünyanın ən uzun saçlı adamı” kimi Ginnesin Rekordlar Kitabına düşə bildi. O, 2010-cu ildə 79 yaşında vəfat edəndə 50 ildən artıq idi ki, saçını kəsdirmirdi. Həm də əmimiz bu müddət ərzində cəmi bir neçə dəfə saçını yuyub, sonuncu dəfə 14 il əvvəl olub.
2. Ağzına hər şeyi qoya bilən adam 
Ağzına bir banka kola qoyan Fransisko Dominqo Joaquim adlı bu Anqolalı kişinin 17 sm uzunluğunda ağzı var və bu onu dünyanın ən böyük ağzına malik insanı edir. Ağzına soda şüşəsindən tutmuş, pulqabısına hər cür şeyi qoya bilir.
3. Dünyanın ən incə Belli xanımı 
Mişel Kobke adlı bu gənc alman qadın üç il ərzində hətta yatarkən belə hər gün korset taxaraq belini 63,5 sm-dən 40,5 sm-ə endirə bilib. Onun niyə belə etdiyi barədə heç bir fikir yoxdur.
4. Özünü İsa Məsih hesab edən partiya sədri
Mitsuo Matayoshi Yaponiya vətəndaşıdır. O, protestant təbliğatçısı kimi təlim keçmiş və xristianlıq üzrə dini tədqiqatlar aparmışdır. O, həm də siyasi fəal və partiya lideridir. 1997-ci ildə qurduğu Dünya İqtisadi Birliyi Partiyasının əsas götürdüyü prinsip bu dayının Hz. İsa olduğunun etirafı idi.
5. Həqiqi Hulk
“Canavar” və “heyvan” ləqəbli braziliyalı bodibilder Romario Dos Santos Alves bədəninə neft və spirt kimi təhlükəli maddələrin daxil olduğu kimyəvi qarışığı yeritməklə özünü Hulk-a çevirib. Düşünürəm ki, həyatını təhlükəyə atan və əlil olmaq təhlükəsi ilə üz-üzə qalan bu dost sona qədər ləqəblərə layiqdir.
6. Hər şeyi yeyən insan
Fransız Mişel Lotito "Pica" adlı psixi pozğunluq səbəbindən 40 il ərzində təxminən 9 ton metal yeyib. Əvvəlcə palçıq və plastik yeyən bu şəxs daha sonra metal, şüşə kimi təhlükəli maddələri qəbul etməyə başlayıb. Zamanla onun mədəsi bütün bu maddələri üyütmək üçün inanılmaz bir quruluş əldə edib. Lotito bunu karyera fürsətinə çevirdi və hər şeyi yeyən adam kimi tarixə düşdü. 2007-ci ildə dünyasını dəyişən bu şəxs yemək vərdişinə görə yox, tam təbii səbəblərə görə dünyasını dəyişib. (referans.az)

15.07.2023 09:44
329