Qlobal.net dünyanın ən qeyri-adi insanlarını təqdm edir:
1. Dünyanın ən uzun saçlı adamı
Vyetnamlı
Tran Van Hay adlı mərhum dayımız “dünyanın ən uzun saçlı adamı” kimi
Ginnesin Rekordlar Kitabına düşə bildi. O, 2010-cu ildə 79 yaşında vəfat
edəndə 50 ildən artıq idi ki, saçını kəsdirmirdi. Həm də əmimiz bu
müddət ərzində cəmi bir neçə dəfə saçını yuyub, sonuncu dəfə 14 il əvvəl
olub.
2. Ağzına hər şeyi qoya bilən adam
Ağzına
bir banka kola qoyan Fransisko Dominqo Joaquim adlı bu Anqolalı kişinin
17 sm uzunluğunda ağzı var və bu onu dünyanın ən böyük ağzına malik
insanı edir. Ağzına soda şüşəsindən tutmuş, pulqabısına hər cür şeyi
qoya bilir.
3. Dünyanın ən incə Belli xanımı
Mişel
Kobke adlı bu gənc alman qadın üç il ərzində hətta yatarkən belə hər
gün korset taxaraq belini 63,5 sm-dən 40,5 sm-ə endirə bilib. Onun niyə
belə etdiyi barədə heç bir fikir yoxdur.
4. Özünü İsa Məsih hesab edən partiya sədri
Mitsuo
Matayoshi Yaponiya vətəndaşıdır. O, protestant təbliğatçısı kimi təlim
keçmiş və xristianlıq üzrə dini tədqiqatlar aparmışdır. O, həm də siyasi
fəal və partiya lideridir. 1997-ci ildə qurduğu Dünya İqtisadi Birliyi
Partiyasının əsas götürdüyü prinsip bu dayının Hz. İsa olduğunun etirafı
idi.
5. Həqiqi Hulk
“Canavar” və “heyvan”
ləqəbli braziliyalı bodibilder Romario Dos Santos Alves bədəninə neft və
spirt kimi təhlükəli maddələrin daxil olduğu kimyəvi qarışığı
yeritməklə özünü Hulk-a çevirib. Düşünürəm ki, həyatını təhlükəyə atan
və əlil olmaq təhlükəsi ilə üz-üzə qalan bu dost sona qədər ləqəblərə
layiqdir.
6. Hər şeyi yeyən insan
Fransız Mişel
Lotito "Pica" adlı psixi pozğunluq səbəbindən 40 il ərzində təxminən 9
ton metal yeyib. Əvvəlcə palçıq və plastik yeyən bu şəxs daha sonra
metal, şüşə kimi təhlükəli maddələri qəbul etməyə başlayıb. Zamanla onun
mədəsi bütün bu maddələri üyütmək üçün inanılmaz bir quruluş əldə edib.
Lotito bunu karyera fürsətinə çevirdi və hər şeyi yeyən adam kimi
tarixə düşdü. 2007-ci ildə dünyasını dəyişən bu şəxs yemək vərdişinə
görə yox, tam təbii səbəblərə görə dünyasını dəyişib. (referans.az)