64a4e4c622043202307233430
Dünyanın ən qapalı ölkəsi haqqında BİLİNMƏYƏNLƏR - İnanılmaz QADAĞALAR
Şimali Koreya dünyanın ən qapalı ölkəsidir. Bu ölkə haqqında danışılanlar və insanları təccübləndirən bir çox şeylər var. Şimali Koreya dünyanın ən gizli ölkələrindən biridir və ölkə xalqının yaşantısına göz atmaq maraq doğurur. Bəzi siyasi məsələlərə görə, bir çox insan Şimali Koreyaya səyahət edərkən foto və ya video çəkilişi edə bilmir.

Bəs Şimali Koreya həqiqi üzü nədir?

Referans.az Şimali Koreyanın gizli və heç kəsə məlum olmayan bəzi yanlarını araşdırıb.

1. Şimali Koreya ilə Cənubi Koreya arasında “Demilitarized Zone” deyilən əsgərlərin olmadığı bir bölgə mövcuddur. Cənubi Koreyadan Şimali Koreyanı bir teleskopla görə bilərsiniz. Cənubi Koreya tərəfində “Kijong-dong” adlandırılan bir kənd mövcuddur. Həmin kənd Şimali Koreya ilə Cənubi Koreya arasında dostluq simvolunu təmsil edir. Amma bu kənddə heç kim yaşamır. Şimali Koreyada “Coca-Cola” satılmır. Bu ölkə 2015-ci ildən bu yana Amerikanın gücünün simvolu olan içkilərin satışını dayandıran tək ölkədir. Eyni zamanda Şimali Koreyada "McDonalds"da fəaliyyət göstərimir. 

2. Şimali Koreyada saç kəsdirmək istəyən şəxslər üçün dövlətin müəyyən etdiyi saç kəsimi modelləri mövcuddur. Hər kəs öz istədiyi kimi saç kəsdirə bilməz. Bildirilir ki, dövlət başçısı Kim Jong-un ilə eyni modeldə saç kəsdirmək qanunla qadağandır. Bu şəxsləri ciddi cəza gözləyir. 

3. Şimali Koreya hökuməti xalqın bilik dairəsini çox sıx idarə altında tutur. Şimali Koreyada yaşayan biri xarici bir ölkə vətəndaşı ilə telefon əlaqəsi qura bilməz. Bunun üçün xüsusi cəza yöntəmləri var. Son dövrlər sərhəd bölgələrində Çin və Cənubi Koreya vətəndaşlarına telefonla zəng edənlər çox ciddi şəkildə cəzalandırılır. Yəni qısacası Şimali Koreyada yaşayan bir vətəndaşla əlaqə qurmaq imkansız deyil, amma uzun bir zaman alan prosesdir.

4. Keçmiş dövrlərdə Şimali Koreyada ailədən bir şəxs əgər, günah işlərdisə, ailənin bütün üzvünə həmin günah şamil olunardı və onlar da həbs edilərdi. Sözügedən adət hələ də Şimali Koreyda mövcuddur. Bu ölkənin əksər şəhər və kəndlərində ailədə hər hansısa bir şəxsin qanun pozuntusu etməsi ailədəki hərkəsə şamil olunur. 

5.  Şimali Koreya çox kasıb bir ölkədir və bu ölkədə sadəcə bir neçə nəfərin avtomobil ala biləcək qədər pulu var. Buna görə də, ölkənin paytaxtında belə çox az tıxac olur. Yol polislərinin çoxu qadınlardan ibarətdir.

6. Əhalisinin çoxluğu ilə seçilən Şimali Koreyada qadınlara uşaq dünyaya gətirən bir varlı kimi baxılır. Şimali Koreyada qadınların əsas vəzifəsi uşaqlarına qulluq etməkdir. Ölkədə doğuşun bu qədər müqəddəsləşdirilməsinin bir digər səbəbi isə uşaqların gələcək üçün bir iş gücü kimi görülməsidir. Misal üçün, Şimali Koreyada uşaqlar erkən yaşlarda məktəbə getmək əvəzinə işləyib pul qazanmalıdırlar. 

05.07.2023 07:42
show 570