İspanaq təzə və mövsümündə istehlak edildikdə vitamin və minerallarla zəngindir.
A, K və C vitaminləri, kalium, kalsium, manqan və liflə zəngin olan ispanaq,
göz sağlamlığını qoruyur, qan təzyiqini tənzimləyir, həzm sistemini
yaxşılaşdırır, sümük sağlamlığını dəstəkləyir, xərçəngə qarşı qoruyur və çəki
idarə etməyə kömək edir.
Qlobal.net bildirir ki, ispanaq çiy və bişmiş halda istehlak oluna bilər, amma xam
halda daha faydalıdır. Həddindən artıq istehlak böyrək daşları riskini artıra
bilər, ona görə orta dərəcədə istifadə edilməlidir.
Son dərəcə sağlam olan ispanaq makro və mikro elementlərlə də zəngindir.
İnsan sağlamlığı üçün bir çox faydası olan ispanaq orqanizmin gündəlik ehtiyac
duyduğu bir çox vitamin və mineralları da təmin edir. ispanağın faydalarını
aşağıdakı kimi sıralamaq olar:
1.Tərkibindəki A vitamini xüsusiyyəti ilə göz sağlamlığını qoruyur, katarakt
və gecə korluğu kimi xəstəliklərin inkişaf ehtimalını azaldır.
2. Tərkibindəki beta-karoten xüsusiyyəti ilə ağciyər sağlamlığını qoruyur,
astma və buna bənzər tənəffüs yolu xəstəliklərinin səbəb ola biləcəyi problemlərin
aradan qaldırılmasına töhfə verir.
3. Tərkibində güclü kalium olduğu üçün qan təzyiqi xəstəliklərindən qoruyur və
təzyiqi aşağı salan xüsusiyyətlərə malikdir.
4. Saç, dırnaq və dəri sağlamlığını yaxşılaşdıraraq dərini cavan saxlayır və
qocalmanı gecikdirir.
5. K vitamini ehtiyacını qarşılayaraq sümük və oynaq xəstəliklərindən
qoruyur.
6.Tərkibindəki yüksək lif sayəsində həzm sistemini tənzimləyir və qəbizlik və
ya həzmsizlik kimi problemlərin qarşısını alır.
7.Tərkibindəki komponentlərlə xərçəng riskini azaldır.
8.Arıqlamaq istəyənlərin pəhriz siyahısına daxil edilməsi lazım olan bu tərəvəz
sizi uzun müddət tox tutma qabiliyyəti ilə arıqlamağa dəstək olur.
9.Sağlam sümüklər üçün vacib olan kalsium, manqan və K vitamini ehtiva edir.
10.Hamiləlik zamanı və hamiləlikdən sonra körpənin inkişafı üçün
faydalıdır.
11.Ürək-damar xəstəliklərindən qoruyur.
12.Tərkibindəki C vitamini xüsusiyyəti ilə bədəndəki yaraları daha tez
sağaldır.
İspanaq şirəsi bişmiş formasına bənzər faydalar təmin etsə də, istiliklə əlaqəli
bəzi xüsusiyyətlərini itirdiyi üçün onu xam şəkildə istehlak etmək daha
sağlamdır. Çiy ispanaq faydalı komponentlərini qoruyub saxlayaraq daha təsirli
olur.
İspanaq vitamin və minerallarla zəngindir və müntəzəm istehlak edildikdə
sağlamlığa faydalıdır. Bununla belə, həddindən artıq istehlak oksalat turşusu səbəbiylə
böyrək daşlarına səbəb ola bilər.
Səbinə
Qlobal.net