Dünyanın ən böyük dodaqlarına sahib Andrea İvanova onları daha da böyütmək istədiyini deyib.
Qlobal.net xəbər verir ki, bu barədə o, “Daily Mail”yə müsahibə verib.
Belə ki, o, “Bratz” kuklasına daha çox bənzəmək üçün dodaqlarını yenidən böyütmək niyyətindədir.
“Dodaqlarımı daha da böyütmək istəyirəm və bunun üçün dolğu vurmağa davam edəcəm. Hələ kifayət qədər böyük deyillər, hər ay dolğu vurmaq fikrindəyəm. Ətrafdakıların fikri məni maraqlandırmır. Mənim gözəllik standartlarım fərqlidir”, - deyə İvanova bildirib.
Qeyd edək ki, əslən bolqar olan qadın üzündəki dolğulara təxminən min dollar xərcləyib. (lent.az)