63899bed71b67202212223213
Dünyanı heyrətə gətirən qadın: Yaşına inanmadılar... - FOTO

Haitidə yaşayan 107 yaşlı qadının olduqca sağlam olması hamını təəccübləndirib.

Qlobal.net xəbər verir ki, 1915-ci ildə dünyaya gələn Leros Prekuille adlı qadın yaşının çox olmasına baxmayaraq olduqca dinamik görünür. Məlumata görə, qadın barəsində bır sıra agentliklər xəbər hazırlayıb. Leros Prekuille onun yaşına inanmayanlara şəxsiyyət vəsiqəsini nümayiş etdirib. Qadın bildirib ki, o səhhətində ciddi narahatlıq hiss etmir. Qadın yaşlı olmasına baxmayaraq təsərrüfat işləri ilə məşğul olur.

Qeyd edək ki, sosial media istifadəçiləri qadının 107 yaşında olmadığını irəli sürmüşdü. Bu iddialardan sonra qadın şəxsiyyət vəsiqəsini nümayiş etdirib. (mətbuat.az)

02.12.2022 10:27
387