Maraqlı

Dünyanı ağır epidemiyadan xilas edən Leyla – Onun icadı indi də tətbiq olunur

XX əsrin əvvəllərində göy öskürək xüsusilə körpələr və uşaqlar arasında ölümcül bir xəstəlik kimi yayılmışdı.

Qlobal.net bildirir ki, bu bakterial infeksiya nəfəs yollarını zədələyərək, davamlı və ağır öskürək tutmaları ilə özünü göstərir. Xəstəlik həm yayılma sürəti, həm də yaratdığı ağırlaşmalar baxımından böyük təhlükə idi.

1930-cu illərdə Leyla Denmark adlı həkim Emory Universitetində və dövlət laboratoriyalarında aparılan elmi tədqiqatlara qoşulur. O, göy öskürək törədicisi olan Bordetella pertussis bakteriyasının uşaqlara necə təsir etdiyini araşdırırdı. Bu tədqiqatlar nəticəsində, 1940-cı illərin əvvəllərində yüzlərlə uşağın ölümünə səbəb olan xəstəliyin peyvəndini yaradır. Bu peyvəndi isə ilk dəfə qızının üzərində sınaqdan keçirir.

Bu vaksin, zamanla digər peyvəndlərlə birlikdə (DTP – difteriya, tetanus, pertussis) birləşdirilərək, uşaq peyvənd proqramlarının əsas hissəsinə çevrildi.

Leyla Denmark həm də pediatr kimi 70 ildən çox çalışmış, 103 yaşına qədər həkimlik etmişdi. Onun praktikasında əsas diqqət uşaqların sağlam böyüməsinə və profilaktik tədbirlərə yönəlmişdi. O, uşaqlara şəkərli qidaların zərərləri, təmiz hava və düzgün qidalanmanın əhəmiyyəti barədə də maarifləndirmə aparmışdır. O, kasıb ailələrin uşaqlarına təmənnasız yardım edib, 110 yaşına qədər balaca xəstələrinə xidmət göstərib.

Leyla Denmark 2012-ci ildə 114 yaşında dünyasını dəyişdi. Onun adı yalnız tibb tarixində deyil, həm də insanlığa etdiyi xidmətlərlə yaddaşlara həkk olunub. Onun göy öskürək əleyhinə vaksin sahəsindəki töhfəsi, milyonlarla uşağın həyatını xilas etmişdir.

Fidan

Related Articles

Bir cavab yazın

Back to top button