Dünyada ən az əhaliyə sahib 9 ölkə

Dünyada ən az əhaliyə sahib 9 ölkə

Azərbaycanın əhalisi 10 milyon olduğu halda, dünyada əhalisi 100 minə yaxın olmayan bir çox ölkə var.

 

Qlobal.net bildirir ki, əgər sakitlik və dinclik istəyirsizsinizsə bu əhalisi az olan ölkələr sizin diqqətinizi çəkə bilər.

 

1)NAURU:

Nauru birinci yerdədir. Avstraliyanın şimal-şərqində yerləşən bu ölkənin əhalisi 10 min nəfərdir. Nauru sakit və təbii mühiti ilə diqqəti cəlb etsə də, turistik yer olduğunu deyə bilmərik. Nəqliyyat çatışmazlığı bu məsələdə böyük amildir.

 

2)MONTSERRAT:

İkinci yerdə əhalisi 4000 ilə 6000 arasında dəyişən Montserratdır. Əhalinin köçməsinə səbəb ətrafdakı vulkanlardır. Montserrat 1492-ci ildə Kristofer Kolumb tərəfindən kəşf edilmişdir.

 

3)SAINT HELENA:

Növbəti ölkəmiz Müqəddəs Yelenadır. Atlantik okeanının cənubunda yerləşən bu vulkanik ada Birləşmiş Krallığın bir hissəsidir. İlk dəfə 1502-ci ildə dənizçilər tərəfindən kəşf edildikdə, Müqəddəs Yelenada heç bir həyat izi tapılmadı. 2008-ci ildə keçirilən son seçkilərə əsasən, əhalisi 4255 nəfərdir. Əsrlər boyu dənizçilər üçün böyük əhəmiyyət kəsb edən bu ada sürgün məqsədilə də istifadə olunub. Adaya sürgün edilən ən məşhur şəxs Napoleondur.

 

4)FOLKLEND ADALARI: 

Cənubi Atlantik okeanında Pataqoniyadan 480 km şərqdə yerləşən Folkleand arxipelaqı 776 kiçik adadan ibarətdir. Daxili işlərində müstəqil olsa da, bu ölkə xarici siyasətdə və müdafiədə Böyük Britaniyadan asılıdır.

 

5)NIUE:

Sakit okeanın cənubunda yerləşən və adalardan ibarət olan Niue dünyanın ən az məskunlaşan ölkələrindən biridir. Təbii mühiti ilə seçilən Niueyə çatmaq kifayət qədər çətindir. Bununla belə, Yeni Zelandiya və ya Avstraliya vasitəsilə transfer etmək mümkündür. 2016-cı ilin məlumatına görə, əhalisi 1624 nəfərdir.

 

6)TOKELAU:

Cəmi 1411 nəfər əhalisi olan Tokelau Sakit Okeanda Yeni Zelandiyadan asılı bir ada ölkəsidir. 1948-ci ildə qurulan bu ölkə Monarxiya sistemi ilə idarə olunur.

 

7)VATİKAN:

Xristianlığın katolik təriqətinin inzibati mərkəzi olan Vatikanın ölkə və ya şəhər olması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Çünki Vatikan əslində İtaliyanın Roma şəhərində yerləşir. Əhalisi təxminən 500 nəfərdir. Turistlər də nəzərə alındıqda bu rəqəm 1500-ə çatır.

 

8)PITCAIRN ADALARI:

Havaydan 3500 km məsafədə yerləşən Pitkern adaları Sakit Okeanda çox kiçik bir icmadan ibarətdir. Ən qədim məskunlaşma izləri 11-ci əsrə aid olan Pitkernin cəmi 50 nəfər əhalisi var.

 

9)SEALAND:

Sosial mediada fotolarına rast gəldiyiniz Sealandın əhalisi cəmi 27 nəfərdir. Sahəsi 550 kvadratmetr olan Sealand, İkinci Dünya Müharibəsi zamanı alman təyyarələrinin qarşısını almaq üçün İngiltərə tərəfindən dəniz qalası olaraq inşa edilmişdir.

 

Səbinə

Qlobal.net

03.03.2025 15:45
show 89