Hindistanda avtomobilə yas mərasimi təşkil edilib.
Qlobal.net milli.az-a istinadla bildirir ki, Maruti Suzuki Wagon R avtomobilinin 12 illik sahibi dəfn üçün təxminən 4 milyon Hindistan rupisi xərcləyib.
Yasda 1500 nəfərdən çox insan iştirak edib.
Maruti Suzuki Wagon R-nin sahibi onu "xoşbəxt avtomobil" olaraq qəbul etdiyi üçün bu addımı atıb. Padarshinga kəndində keçirilən dəfn mərasimi 2012-ci ildə avtomobili alan Sanjay Polara və ailəsi tərəfindən təşkil edilib. Polara ailəsi avtomobilin ikinci sahibidir və avtomobil artıq 20 yaşında olub.
Dəfn mərasimində avtomobilin üzərinə çiçək və güllər qoyulub.
Sanjay Polara, bu avtomobilin ailəsinə uğur gətirdiyini və öz işinin inkişaf etdiyini vurğulayaraq, "Bu avtomobili 12 il əvvəl aldım və ailəmizə bərəkət gətirdi. İşim uğurlu oldu, ailəmin gəliri artdı. Bu avtomobil bizim üçün xoşbəxtlik gətirdi. Buna görə də belə bir addım atdıq, - deyə bildirib.