photo_51583907
Dünya su altında qala bilər - Alimlərdən HƏYƏCAN TƏBİLİ

Qrenlandiyada buzlaqların əriməsi növbəti əsr yarımda dünya okeanı səviyyəsinin 78 santimetr yüksəlməsinə səbəb ola bilər.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Nature Climate Change" jurnalında məqalə dərc olunub.

Məqalə müəllifləri hesab edir ki, bəşəriyyət karbon qazı tullantılarını azaltmaq planlarını yerinə yetirə bilsə belə, bunun qarşısını almaq olmayacaq.

"Bundan sonra nə etsək də, dənizin səviyyəsinin hətta qalxmasının qarşısını ala bilməyəcəyik", - deyə Danimarka və Qrenlandiya Geoloji Tədqiqat Xidmətinin əməkdaşı Uilyam Kolqen qeyd edib.

Nəticədə 110 trilyon ton buz maye suya çevrilə bilər.

Eyni zamanda proqnozlar göstərir ki, istixana qazlarının emissiyaları indiki səviyyədə qalarsa, ərimə sürətlənə bilər.

31.08.2022 09:15
show 223