6392e30689454202212222558
Dünya gündəminə bomba kimi düşdü - QAN DONDURAN VƏHŞİLİK: 11 aylıq qızını boğdu, daha sonra...

ABŞ-da yaşayan 31 yaşlı Kristofer Fransiskini 11 aylıq qızını öldürüb. Dünya gündəminə bomba kimi düşən hadisənin təfərrüatları hər kəsi heyrətləndirib. Balaca qızını əvvəlcə boğub, sonra bıçaqla parçalayıb.

ABŞ-da cinayət stajı çox böyük olan Kristofer Fransiskini adlı şəxs həbsdən çıxandan sonra vəhşiliklər törədib.

Daha öncələri də çoxlu cəzalara məhkum edilən və qətl ittihamı ilə həbsxanaya düşən qatil qızını öldürdüyü zaman amnistiya çərçivəsində evə göndərilib.

Fransiskini noyabrın 18-də 11 aylıq qızı Kamillanı əvvəlcə boğub, daha sonra bıçaqla onun cansız bədənini parçalara ayırıb.

Məlum olub ki, ailədən biri Kamillanın cəsədini tapıb, kiçik qız boğularaq öldürülüb, daha sonra bıçaq xəsarətləri alıb.

Qatil ata isə dəhşətli qətldən sonra biləyindəki qandalları sökərək yoxa çıxıb.

Lakin qaçdıqdan 2 həftə sonra o, avtobus dayanacağında tanınıb və polislər tərəfindən həbs edilib.

09.12.2022 11:24
show 591