63e2571d8ce53202302235021
Dünya dağıntılar altında qardaşını qoruyan azyaşlı qızdan danışır - VİDEO

Xəbər verdiyimiz kimi, fevralın 6-sı Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntılara səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, Suriyada iki azyaşlı bacı və qardaşın dağıntılar altında qalmasını əks etdirən görüntülər yayılıb.

Videodan bacının öz qardaşını qorumağa və sakitləşdirməyə çalışdığını görmək mümkündür.

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub.


07.02.2023 17:50
show 3986