63c1813eb45af202301230518
Dünya çempionu öz avtomobilində güllələndi

Praktiki atıcılıq üzrə dünya çempionu Xorxe Balyesteros şəxsi avtomobilində güllələnib.

Bu barədə "Marca" xəbər portalı məlumat yayıb.

39 yaşlı kişi Madriddə ticarət mərkəzinin qarşısında dayanmış avtomobilində başından güllə yarası ilə tapılıb. Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanları ölümün səbəbinin intihar ola biləcəyini istisna etmir.

2017-ci ildə Balyesteros praktiki atıcılıq üzrə dünya çempionatının qalibi olub. O, üçqat Avropa çempionu və 17 qat İspaniya çempionu olub. İlk çempionluğunu 18 yaşında qazanıb. O, polis zabiti olub. Balyesteros evli olub, onun iki uşağı olub. (milli.az)

13.01.2023 20:04
show 324